Hollivud aktyoru vəfat edib

Hollivud aktyoru vəfat edib
23:51 20 Fevral 2015
169 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur Hollivud aktyoru, prodüsseri və ssenaristi Harris Uittls bu gün 31 yaşında vəfat edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyorun meyidi Los-Ancelesdəki yaşadığı evdə tapılıb. İlkin versiyada ulduzun narkotik maddənin təsirindən öldüyü bildirilib.

Aktyorun cəsədini assistenti aşkar edib. O, təcili yardıma zəng etsə də, məşhur ulduzun həyatını xilas etmək mümkün olmayıb.

H.Uittls həm də "Parks and Recreation" ("Parklar və istirahət yerləri"), "Eastbound and Down" ("Şərqə doğru aşağı") seriallarının ssenaristi olub. Uzun müddətdir narkotik asılılıqdan əziyyət çəkən Harris iki dəfə bundan qurtulmaq üçün xüsusi kursa getsə də, cəhdləri uğursuz alınıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR