Avropada elektron ticarət inkişaf edir

Avropada elektron ticarət inkişaf edir
23:52 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) ölkələrində elektron ticarət inkişaf etdikcə logistikaya (çatdırılma və anbar xidmətləri) yatırılan investisiyaların həcmi artır. Ötən il anbarlara və paylayıcı mərkəzlərə 19,8 milyard avro yatırılıb ki, bu da 2013-cü ildən 34 faiz çoxdur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Böyük Britaniya logistikaya qoyulan sərmayələrin həcminə görə liderdir. Belə ki, 2014-cü ildə bu ölkənin investisiyası 65 faiz artaraq 7,9 milyard avroya çatıb. Həmçinin onlayn ticarətin maddi-texniki təminatına sərmayələrin həcmi İrlandiyada artaraq 197 milyon avro təşkil edib. Birləşmiş Krallıqda və İrlandiyada investisiyaların artımı Britaniyanın Asos mağazasının Berlində sahəsi 18 min kv metr təşkil edən yeni paylayıcı mərkəz açması ilə izah edilir.
 
Qeyd olunan ölkələrlə yanaşı, Avropada logistikanın inkişafı ilə Finlandiya və İspaniya fəal məşğul olur. Bundan əlavə, İsveçin internet mağazaları birgə elektron kommersiya parkı yaradıb. İki min kv metr sahədə onlayn pərakəndə satış şirkətləri anbar və ofislərini yerləşdirə, eləcə də müştərək çatdırılma xidmətini təşkil edə bilərlər.
Bundan əvvəl verilən məlumata görə, Avropada onlayn ticarətin inkişafı ABŞ-ın göstəricilərini üstələyir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR