Elnuru təhqir edən türk jurnalist üzr istədi

Elnuru təhqir edən türk jurnalist üzr istədi
00:01 21 Fevral 2015
238 Şou
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynovu təhqir edən türkiyəli jurnalist Bülənt Əriş üzr istəyib.

NS PRESS-in məlumatına görə, jurnalist bu barədə twitter səhifəsində açıqlama verib.

Bülənt Əriş bildirib ki, onun Elnur Hüseynov haqda yazdıqları insanlar tərəfindən səhv başa düşülüb.

Anakaralı olduğunu deyən jurnalist müsabiqənin qalibinin Türkiyə vətəndaşı olmasını istədiyini bildirib.

"Azərbaycanlı qardaşlarıma sözüm yoxdur. Həssaslığınızı başa düşürəm. Mən sadəcə fikrimi bildirdim. Ayrı seçklikik etməyə qarşıyam. Azərbaycanlı qardaşlarıma sevgilərimi göndərirəm", - deyə Bülənt Əriş bildirib.

Qeyd edək ki, Elnur Hüseynovun qələbəsini dırnaqarası qəbul edən Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Əriş Elnurun istedadını şübhə altına almışdı. Ən pisi isə onun adını 2012-ci ildə “Yetənək sizsiniz”də birincilik qazanmış Meks adlı itlə yanaşı çəkməsi olub. O, köşə yazısının adını məsxərə ilə “Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qələmə alıb.

Əvvəlki xəbəri bu linkdən oxuya bilərsiniz: Türkiyəli jurnalist Elnur Hüseynovu ağır təhqir etdi
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=327322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR