Amerikan polisindən maraqlı zarafat

Amerikan polisindən maraqlı zarafat
01:41 21 Fevral 2015
347 Şou
Ölkə mətbuatı
A- A+

Havaların soyumasıyla bağlı Amerika polisi vətəndaşlarla zarafat məqsədi ilə “Disney” obrazı “Buz kraliçası Elza” haqqında həbs qərarı çıxarıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kentuki əyalətinin qəsəbəsi Harlanda Polis İdarəsinin “Facebook” səhifəsində qəribə bir elan yerləşdirilib.

Belə ki, polis “Qarlar ölkəsi” cizgi filminin obrazı, havanı sehri ilə soyudan Qar kraliçası Elzanın axtarışda olduğunu və haqqında həbs qərarı çıxarıldığını yazıb:

“Sonuncu dəfə mavi uzun paltarda və mahnı oxuyaraq görülən sarışın qızdır. Təhlükəlidir. Görsəniz, onu tək yaxalamağa çalışmayın”.
 
Daha sonra polis bunların bir zarafat olduğunu deyib və vətəndaşlara soyuq havada diqqətli olmaları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Amerikada son illərin ən soyuq qış mövsümü yaşanır. Bir çox bölgələrdə rekord temperatur qeydə alınıb.

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR