Elnuru təhqir edən türk jurnalist: "Səhv başa düşülüb"

Elnuru təhqir edən türk jurnalist: "Səhv başa düşülüb"
02:06 21 Fevral 2015
90 Şou
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə”nin qalibi azərbaycanlı müğənni Elnur Hüseynovu təhqir edən türkiyəli jurnalist Bülənt Əriş öz yazısı haqda açıqlama yayıb.

Axşam.az-ın məlumatına görə, jurnalist Tvitter hesabında əvvəlcə "Elnur peşəkar müğənnidir, məncə, "O səs Türkiyə" adlı bir yarışmanı o qazanmamalıydı. Bu ölkədə təşkil edilən yarışmanı bu torpaqlardan biri qazanmalıydı" yazıb.

Daha sonra Bülənt Azərbaycandan və Türkiyədən olan etirazlara görə yazısına açıqlama gətirib:

"Azərbaycanlı qardaşlarıma bir etirazım yoxdur. Etirazım proqramın formatınadır. Bütün yazılarımda ayrıseçkiliyə qarşı olduğumu bildirmişəm. Bu yazımda da səhv başa düşüləcəyimi əvvəldə qeyd etmişdim. Nəticədə Elnur qazandı, bu sadəcə yarışmadır. Səhv başa düşülmüsəmsə, deməli, günah məndədir. Hər kəsə, azərbaycanlı qardaşlarıma sevgi və hörmətlərimi göndərirəm".





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR