K-1 döyüşçülərimiz Moskvada bu formada döyüşəcək (FOTO)

K-1 döyüşçülərimiz Moskvada bu formada döyüşəcək (FOTO)
02:41 21 Fevral 2015
508 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın peşəkar K-1 döyüşçüləri fevral ayının 26-da Rusiyanın Moskva şəhərində keçiriləcək “RUSSIA GRAN PRI OPEN” GPRO 16 adlı peşəkar turnirdə iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, yarışda idmançılarımız “Xocalıya Ədalət” və Bakı-2015 Olimpiya oyunlarını təbliğ edəcəklər.

Bu mötəbər gecədə Azərbaycanın və Yaxın Şərqin K-1 nümayəndəliyinin “Best of the Best” Promotionun rəhbəri Elnur Məmmədovun dəstəyi ilə 3 peşəkar idmançı Tural Bayramov, Alim Nəbiyev və Xəyal Canıyev iştirak edəcək.

İdmançılarımız döyüş arenasına “Xocalıya Ədalət” yazılı forma ilə çıxacaq. Döyüşlər Rusiyanın “BOETS” kanalı ilə canlı yayımlanacaq.

Nəbiyevin rəqibi Kumer Caliev olacaq. Bayramov Rusiyanın ən güclü gənc ulduz idmançısı Artyom Paşporin ilə, Xəyal Canıyev isə “SuperBon” ləqəbli döyüşçü ilə qarşılaşacaq.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=10&nid=327336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR