Elnur Türkiyənin ən reytinqli proqramında (VİDEO)

Elnur Türkiyənin ən reytinqli proqramında (VİDEO)
03:31 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynovun qardaş ölkədə populyarlığı və birinciliyi haqqında söz-söhbətlər davam edir.

ANS PRESS-in məlumatına görə, qardaş ölkədə qələbəsi ilə bir çox insanları qıcıqlandıran və gündəm mövzularından birinin qəhrəmanına çevrilən Elnur Hüseynov bu gecə Türkiyənin özəl telekanallarından birində yayımlanan “Beyaz Show” proqramında qonaq oldu.

Azərbaycanlı ifaçının qonaq çağırılması onun türkiyəli pərəstişkarları ilə yanaşı, proqramın azərbaycanlı izləyiciləri tərəfindən də xoş qarşılanıb.

Proqramın aparıcısı olan türkiyəli məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) proqramında qonaq olan Elnurdan hisslərini bölüşməyini birincilik hissinin necə olduğunu soruşub.

Elnur isə müsabiqədə kiminsə birinci seçilməli olduğunu və hər dəfə yarışmadan ayrılan iştirakçıya görə kədərləndiyini də vurğulayıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR