Elnur Hüseynov Azərbaycana belə təşəkkür etdi (VİDEO)

Elnur Hüseynov Azərbaycana belə təşəkkür etdi (VİDEO)
03:51 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynov qardaş ölkədə bir sıra verilişlərə qonaq çağrılıb.

ANS PRESS-in məlumatına görə, qardaş ölkədə qələbəsi ilə azərbaycanlılara qürur hissi yaşadan gənc ifaçı Elnur Hüseynov bu gecə qonaq olduğu “Beyaz Show” proqramında Azərbaycanı salamlayıb və Türkiyədə yaşayıb ona dəstək olan azərbaycanlılara, eləcə də türk xalqına təşəkkürünü çatdırıb.

Proqramın aparıcısı Bəyaz da onun salamlarına qoşularaq ölkəmizdə çox sayda izləyiciləri olduğunu vurğulayıb.

Elnur Hüseynov iki gün əvvəl isə "3 adam" proqramına qatılaraq orada da ölkəmizə və həmvətənlilərimə dəstəyinə görə minnətdarlığını bildrimişdi.

Qeyd edək ki, "O səs Türkiyə"dəki ilk ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəldi və ən nəhayət bu gecəki son buraxılışda mövsümün birincisi seçildi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR