“Moody's” Rusiyanın kredit reytinqini aşağı salıb

03:52 21 Fevral 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 03:39 ]

Bakı-APA. "Moody's" beynəlxalq reytinq agentliyi Rusiyanın kredit reytinqini "Baa3" səviyyəsindən mənfi proqnozlu "Ba1"-ə salıb.

APA-nın BBC-yə istinadən məlumatına görə, agentlik hesab edir ki, 2015-ci ildə Rusiya iqtisadiyyatını dərin böhran gözləyir, 2016-ci ildə isə zəifləmə davam edəcək.

 

İlin əvvəlində digər nüfuzlu  "Fitch" agentliyi  Rusiyanın suveren kredit reytinqini "BBB"-yə salmışdı. Beləliklə, hər iki agentlik Rusiyanın reytinqlərini investisiya dərəcəsinin aşağı səviyyəsinə endiriblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR