Mirasını meymunlara buraxdı

Mirasını meymunlara buraxdı
04:09 21 Fevral 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda yaşayan bir cütlük mirasını evdə saxladıqları meymuna bağışlayıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti  yazıb. Hindistanın Uttar Pradeş əyalətində yaşayan Şabita və Brajesş Srivastava cütlüyü uşaqları olmadığı üçün 2004-cü ildə aldıqları və Çunmun adını verdikləri meymuna kiçik bir sərvət bağışlayıblar. Ev, bağ, pul və şirkətlərini oğulları kimi gördükləri meymunlarına miras qoyan cütlük bütün qohumları ilə əlaqələrini kəsiblər.

 

Əvvəllər kasıb olan cütlük bir müddət sonra olduqca zəngin olub. Çox istəmələrinə baxmayaraq uşaq sahibi ola bilməyən cütlük övlad həsrətlərini onunla son qoymağa çalışıblar. Meymuna xüsusi otaq hazırlayan cütlük onun bütün ehtiyaclarını qarşılamağa çalışırlar. 40 yaşına qədər yaşayacağını düşündükləri meymun onlardan daha çox yaşayarsa çox zəngin olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR