“YouTube” uşaqları sevindirəcək

“YouTube” uşaqları sevindirəcək
05:06 21 Fevral 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 23-də “Android” mobil platforması üçün “YouTube Kids” tətbiqi buraxılacaq.

ANS PRESS-in məlumatına görə, mobil tətbiq mümkün dərəcədə sadələşdirilib. Məsələn, şərhlər və başqa elementlər yoxdur. Bütün düymələrin ölçüsü böyüdülüb ki, onlara asan şəkildə barmaqla sıxmaq mümkün olsun. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

“YouTube Kids” mobil tətbiqində “YouTube”da bəzi sözlərin axtarışını bloklayan valideyn nəzarəti funksiyası əlçatan olacaq.

Mətni klaviaturada yığa bilməyən uşaqlar səsli axtarışdan istifadə edə biləcək. Əsas ekranda məşhur uşaq verilişləri göstəriləcək və yuxarı hissədə əyləncə, öyrədici və məşhur videolar arasında keçid üçün ikonkalar olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR