Azərbaycanlı xanım deputat Elnurla görüşdü (FOTO)

Azərbaycanlı xanım deputat Elnurla görüşdü (FOTO)
05:36 21 Fevral 2015
60 Şou
Ölkə mətbuatı
A- A+

"O Səs Türkiyə"də çıxış edən və final mərhələsində zəfər çalan Elnur Hüseynovun qələbəsi azərbaycanlı millət vəkillərini də sevindirib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı ifaçının Türkiyədə keçirilən müsabiqədə qalib olmasına sevinənlərdən və görüşərək təbrik edənlərdən biri də millət vəkili Qənirə Paşayeva olub. O, bu barədə sosial şəbəkədəki rəsmi səhifəsindən məlumat yayıb.

İstanbulda Qarabağla tədbirlərdən birində iştirak etdikdən sonra Elnur Hüseynovla bir araya gələn xanım deputat və ailəsi söhbət edib, şəkillər çəkdiriblər.

“Elnurla görüşdük və ona dedi-qodulara önəm verməməsini, bundan sonra musiqi ilə bağlı daha da çox çalışmasını söylədik. "Bar verən ağaca daş atan çox olar" deyiblər. Ortada bir gerçək var: o da Elnurun böyük musiqi istedadıdır. Elnur vətənimiz Azərbaycanda və qardaş Türkiyədə onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirdi və Türkiyədə insanların əksəriyyətinin ona sevgi ilə yanaşdığını dedi. Bəzi pis niyyətlilər isə hər yerdə var. İnşallah inanırıq ki, Elnur bundan sonra da özünün gözəl sənət uğurları ilə insanlarımızı sevindirməkdə davam edəcək. Azərbaycanla bərabər, qardaş Türkiyəni də özünün sənət uğurları ilə sevindirməklə Türkiyədəki insanlarımıza doğru seçim etdiklərini hər zaman hiss etdirəcək” – deyə millət vəkili yazdığı postda bildirib.

Q.Paşayeva sonda gənc müğənnimizə uğuralar arzulayıb və hamını ona dəstək olmağa çağırıb.

Qeyd edək ki, "O səs Türkiyə"dəki ilk ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəldi və ən nəhayət bu gecəki son buraxılışda mövsümün birincisi seçildi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR