Bakıda zəncirvari yol qəzası baş verib - FOTO

Bakıda zəncirvari yol qəzası baş verib - FOTO
06:32 21 Fevral 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 06:29 ]

Bakı. Fərahim Qasımov – APA. Gecə saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatna görə,  kimliyi məlum olmayan "Toyota" markalı minik avtomobilinin sürücüsü prospektlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarında dayanan Seyidağa İsgəndərova məxsus eyni markalı maşına,  o da öz növbəsində  Asim Qabulovun idarə etdiyi “Nissan” markalı avtomobilə çırpılıb.

 

Baş verən qəzada hər üç avtomobilə ciddi ziyan dəyib, qəzaya səbəb olan kimliyi məlum olmayan  "Toyota"nın  sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerini tərk edib. Qəzadan sonra adı çəkilən prospektdə avtomobillərin hərəkətində müvəqqəti olaraq məhdudiyyət  yaranıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR