Mətbəx sirləri: Toyuq əti və göbələklə qarabaşaq şorbası - FOTO

Mətbəx sirləri: Toyuq əti və göbələklə qarabaşaq şorbası - FOTO
07:05 21 Fevral 2015
480 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Aliyənin kulinariya kitabı"na  istinadən toyuq əti ilə qarabaşaq şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

toyuq döşü
2.5-3 l su
250 q şampinyon
0.5 st qarabaşaq
1 orta boy yerkökü
kəvər
1 dəfnə yarpağı
cəfəri (zövqə görə)
duz

kartoflu xəmir:

2-3 orta boy kartof
1 yumurta
3-4 x.q. un
1 çimdik duz

Toyuq ətini doğrayın, üzərinə su töküb hazır olanadək bişirin.



Qarabaşağı artlayın, quru tavada azca qovurun.



Göbələyi təmizləyib doğrayın.



Bitki yağında, suyu çəkilənədək qovurun. 



Sürtgəcdən keçirilmiş yerkökü və xırda doğranmış kəvər əlavə edib birlikdə qovurun. 



Kartofu suda bişirin.



Əzin.



Yumurta əlavə edin.



Qarışdırın.



Duz və un əlavə edin.



Qarışdırın. Qatı xəmir alınmalıdır, amma elə olsun ki, qaşıqla götürmək mümkün olsun.



Bişən toyuq ətinə qarabaşağı və dəfnə yarpağını əlavə edin.



Çay qaşığı ilə kartoflu xəmirdən götürərək şorbaya salın, qarışdırın.



Xəmirlər suyun üzünə çıxan kimi (çox gözləmək lazım gəlməyəcək) qovrulmuş göbələk-tərəvəz qarışığını əlavə edin. Qarışdırın, qaynara düşəndən sonra 3-4 dəqiqə də bişsin.



Üzərinə doğranmış cəfəri səpin.



Nuş olsun!

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/325619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR