Poroşenko Rusiyaya qarşı dəlil gətirdi

Poroşenko Rusiyaya qarşı dəlil gətirdi
07:06 21 Fevral 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla polisin toqquşduğu və keçmiş prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən dövlət çevrilişinin ildönümünü qeyd olunur.

ANS PRESS-in məlumatına görə, mitinq zamanı Ukrayna prezidenti Petro Poroşenko Kremli ötən il Kiyevin Maydanında nümayişçilərin snayper atəşinə tutulmasında birbaşa əli olmaqda ittiham edib.

Qətllərin birinci ildönümündə ittiham irəli sürən prezident Ukrayna xüsusi xidmət orqanlarında buna dair dəlillərin olduğunu bəyan edib.

Poroşenko öldürülənlərin qohumlarına deyib ki, dövlət xüsusi xidmət orqanlarının ona verdiyi məlumata əsasən Rusiya prezidentinin yardımçısı Vladislav Surkov Maydanda fəaliyyət göstərən xarici snayper qruplarına başçılıq edib.

Rusiya xarici işlər nazirliyi ittihamları "cəfəngiyyat" adlanadırıb.

Petro Poroshenko ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qəbul etdiyi "Rusiya təhlükəsinə qarşı və Rusiya Federasiyasının dəstəklədiyi terrorçuluq hallarına qarşı tədbirlərin görülməsi haqda" qərarını həyata keçirmək məqsədilə fərman da imzalayıb.

Fərmanda Ukrayna Nazirlər Kabinetinə tapşırılır ki, "Rusiyanın Ukraynaya qarşı yerli və xarici mediadan istifadə etməklə gerçəkləşdirdiyi informasiya təcavüzü" dayandırılsın.

Qeyd edək ki, fevralın 12-də Minskdə müharibədən əziyyət çəkən Şərqi Avropa üçün imzalanmış atəşkəsə baxmayaraq bəzi bölgələrdə atışma hələ də davam edir. Üsyançıların intensiv bombalaması nəticəsində çərşənbə günü təxminən 2,500 dövlət qoşunu Debaltseve şəhərindən geri çəkilməyə məcbur olub və onlarla şəxs təslim olub.

Debaltseve yaxınlığındakı Çernuxino kəndi də indi üsyançıların nəzarətindədir, deyə Kiyev tərəfindən Luqanska təyin edilmiş qubernator Gennadi Moskal bildirib.

Ukrayna hökuməti, Qərb liderləri və NATO bildirir ki, Rusiyanın üsyançılara ağır silah və əsgərlərlə kömək etməsinə dair aydın dəlillər var. Müstəqil ekspertlər bu ittihamları təkrarlayırlar. Moskva bunu inkar edir və israr edir ki, üsyançılarla birgə vuruşan bütün ruslar “könüllüdür”.

Bu arada Ağ Ev xəbərdarlıq edib ki, əgər rusiyapərəst separatistlər Ukraynanın şərqində atəşkəsə riayət etməsələr, onda Moskvanı daha sərt ölçülər gözləyir.

Atəşkəsə vasitəçilik etmiş Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Parisdə bir araya gələrək Moskvaya əlavə sanksiyalar barədə xəbərdarlıq ediblər.

Liderlər bildiriblər ki, tərəflər dərhal atəşkəsə əməl etməli və ağır texnikanı regionlardan çəkməlidirlər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR