Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var

Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var
07:22 21 Fevral 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 07:17 ]

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Qəza zamanı "VAZ 2106" və "BMW" markalı avtomobillər toqquşub.

 

Nəticədə "VAZ 2106"nın sürücüsü yüngül bədən xəsarətləri alıb. Hadisəyə səbəb kimi "VAZ 2106" nın sürücüsünün idarəetməni itirməsi göstərilir. Belə ki, o, əvvəlcə "BMW" yə, daha sonra isə  beton piltələrə çırpıb. Qəzadan sonra xəsarət alan sürücü 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR