Qüdsdə həyat dayandı (VİDEO, FOTO)

Qüdsdə həyat dayandı (VİDEO, FOTO)
07:56 21 Fevral 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın bir çox ölkələrində hökm sürən sərt şaxtalı-qarlı havası Yaxın Şərqdə də müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, İordaniya, İsrail, Fələstin və Livanda yağan qar bir sıra evləri işıqsız qoyub, bəzi evləri isə su basıb. Lakin bölgədə müşahidə olunan bu təbiət hadisəsi azyaşlıların sevincinə səbəb olub.

Son illərin ən sərt qış mövsümünü yaşayan Qüdsdə qarın hündürlüyü 25 santimetrə çatıb. Güclü qar yağıntısı səbəbilə şəhərdəki dükanlar bağlı saxlanılıb, avtobus və tramvaylar hərəkətini dayandırıb.

Məktəblərin də tətil elan etdiyi şəhərdə həyatın dayandığı bildirilir.

Digər tərəfədən isə Məscid-I Əqsada qar yağması sevincini yaşayan fələstinlilər Qubbətüs-Səhra və Qiblə Məscidi ətrafında xatirə şəkillər çəkdiriblər. Əqsanın həyətində qardan şaxta baba hazırlayan və qartopu oynayan fələstinli uşaqlar qışın onlarda yaratdığı həzzi yaşayıblar.

Qeyd edək ki, Qüdsə mövsümün ilk qarı yanvarın 8-də yağmışdı.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR