Elnur Hüseynov gələcək planlarından danışdı (VİDEO)

Elnur Hüseynov gələcək planlarından danışdı (VİDEO)
08:06 21 Fevral 2015
427 Şou
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov qonaq olduğu “Beyaz Show” proqramında gələcək planlarından söz açıb.

ANS PRESS-in məlumatına görə, "O səs Türkiyə"də Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər irəliləyən və ən nəhayət birincilik qazanan Elnur Hüseynov teleaparıcı-şoumen Bəyazıt Öztürkün gələcəkdə nə kimi planları olduğu sualını bu cür cavablandırıb:

“Azərbaycanda İsfar Sarabski adlı cazmen var onunla albom üçün ingilis dilində 7-8 mahnı hazırlayırıq. Eyni zamanda, tərzimə uyğun bəzi türk mahnıları da kaver edib oxuyacam”.

Qeyd edək ki, “O səs Türkiyə”də çıxışları zamanı azərbaycanlı ifaçı bir neçə ingiliscə mahnı oxumuş və hamı tərəfindən bəyənilmişdi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR