Daha bir erməni həyasızlığı

Daha bir erməni həyasızlığı
08:31 21 Fevral 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanən məşhur “Starbucks” kofe şəbəkələrinin satış mərkəzində olanb Türkiyə bayrağı erməniləri narahat edib.

ANS PRESS-in məlumatına görə, hadisə Kaliforniya ştatının Los Angeles şəhərində baş verib.

Bildirilir ki, kofe şəbəkəsi satış şöbəsinin olduğu ölkələrin tanıdılmsına dəstək verir. Şəhərdəki bir çox satış mərkəzinin divarlarında, əllərində “Starbucks” stəkanı olan ənənəvi Anadolu paltarları geyinmiş qadın şəkillərinin yanında Türkiyə bayrağı olan şarlar erməniləri narahat edib. Qadınların əyinlərində olan paltarların özlərinə aid olduğunu iddia edən erməni disporu bu vəziyyətə etiraz etmək üçün işə başlayıb.

Bu məqsədlə Amerikada olan “Amerika milli erməni komitəsi” (Armenian National Comittee of America -ANCA) social şəbəkədə kampaniya başladıb. Facebook və tvitterdə başladılan kampaniyada 3.7 milyon əhalisi olan Los Angelsdə 446 000 erməni yaşadığı xatırladılıb və “Starbucks”un qəsdən belə bir addım atdığı qeyd edilib.

“Starbucks” isə açıqlama yayaraq ermənilərdən üzr istəyib və Türkiyə bayraqlarını yığışdırdığını açıqlayıb.
“Erməni müştərilərimizə verdiyimiz narahatlıq üçün üzr istəyirik”.

Bundan başqa şirkət rəsmiləri fəaliyyət göstərdikləri ölkələrin ənənəvi xüsusiyyətlərinin tanıdılması üçün belə addım atdıqlarını qeyd edərək Türkiyəni tanıdan atributları yığışdırıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR