Dünyanın ən hündür yaşayış binası yandı (VİDEO)

Dünyanın ən hündür yaşayış binası yandı (VİDEO)
09:06 21 Fevral 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən hündür yaşayış binasında yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, alov göydələnin 50-ci mərtəbəsində başlayıb və bir qədər sonra güclü küləyin də təsiri ilə bir neçə mərtəbəni əhatə edib.

“Məşəl Qülləsi” adlanan bina artıq təxliyə olunub. Eyni zamanda, qonşu binalar da təxliyə olunub.

Hələlik rəsmilər yanğında insan itkisi olub olmadığını müəyyən edə bilməyiblər.

Faktla bağlı istintaq araşdırması başladılıb. Yanğına nəyin səbəb olduğu da məlum deyil.

79 mərtəbəli binanın hündürlüyü 336 metrdir və 4 il əvvəl istifadəyə verilib.

Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR