Bakıda gənc oğlanın yeyib-içdiyini burnundan gətirdilər

Bakıda gənc oğlanın yeyib-içdiyini burnundan gətirdilər
09:12 21 Fevral 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında paytaxtın Xətai rayonu, NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, Keşlə qəsəbə sakini, 28 yaşlı Elmar Musayev kafelərin birində yeyib-içdikdən sonra tanımadığı şəxslə mübahisə etməyə başlayıb. Nəticədə Elmar Musayev hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən iki bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.
 
Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta ağırdır. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları cinayəti törədərək hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/325855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR