Ərdoğan ətək geyinənlərdən danışdı

Ərdoğan ətək geyinənlərdən danışdı
09:17 21 Fevral 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

Prezident bu cür aksiyalara bundan sonra izn verməyəcəklərini vurğulayıb
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan işitirak etdiyi tədbirdə ətək geyinən aksiyaçıları tənqid edib.

Anspress-in məlumatına görə, ölkə başçısı ötən il 6-7 oktyabr tarixlərində ətək geyinərək terror təşkilatı adına aksiya keçirən və “molotof kokteyli” ilə ətrafa ziyan vuran etirazçılardan danışıb.

Prezident bu cür aksiyalara bundan sonra izn verməyəcəklərini vurğulayıb:

“Separatçı terror təşkilatı və onun siyasi qolu olan partiyanın nələr etdiyini gördünüzmü? 6-7 oktyabrda, üzr istəyirəm, ətək geyiniblər. Guya tanınmayacaqlar. Onlar polisə hücum edirlər. “Molotof kokteyli” ilə maşınları, mağazaları yandırırlar” – deyə Ərdoğan çıxışında bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR