Dünyanın ən hündür yaşayış binası yandı - VİDEO - FOTO

Dünyanın ən hündür yaşayış binası yandı - VİDEO - FOTO
09:27 21 Fevral 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki "Alov" (The Torch) göydələnində yanğın baş verib.
 
Milli.Az CNN-ə istinadən bildirir ki, yanğın başlayandan az sonra Dubayın ən hündür yaşayış binasının, habelə qonşu binaların sakinləri təlxiyyə olunublar. Binalara aparan yolları polis bağlayıb.
 
Yanğının səbəbləri barədə, hələ ki, rəsmi açıqlama verilmir. Polisdən verilən məlumata görə, güclü külək səbəbindən alov "The Torch"un 20 mərtəbəsinə yayılıb.
 
Yanğın binanın 50-ci mərtəbəsində, 336 metr yüksəklikdə başlayıb.
 
2011-ci ildə Dubayda tikilmiş "Tzhe Torch" dünyanın ən hündür yaşayış binası sayılır.
 
Binada 676 apartament var.
 
Milli.Az
 





Videonu izləmək üçün şəkilə klikləyin.

фото












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR