Bu, 3-cü dünya müharibəsidir

Bu, 3-cü dünya müharibəsidir
09:31 21 Fevral 2015
74 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyanın əl-Qübbə şəhəri İŞİD silahlılarının hücumlarına məruz qalıb. Biri polis məntəqəsinin yaxınlığında olmaqla 3 müxtəlif yerdə avtomobilə yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb. Ölənlər arasında 6 Misir vətəndaşı da var.

Hücumlar bir qədər əvvəl Misir hərbi qüvvələrinin Dərnə şəhərində İŞİD silahlılarının mövqelərinə endirilən aviazərbələrə cavab olub. İŞİD silahlıları vəziyyəti bu cür şərh ediblər.

Misir hökuməti Liviyanın Dərnə şəhərində silahlılar tərəfindən 21 xristian vətəndaşının başı kəsilərək öldürüldükdən sonra silahlılarının mövqelərini bombalamışdı.

Ekspertlər sonuncu terror aktını İŞİD-in artıq qərb ölkələrinə də yayıldığını göstərən bir fakt kimi dəyərləndirirlər. İŞİD-nin Liviyada özünə yeni cəbhə açdığı bildirilir.

Amerika hökuməti Liviyada vəziyyətin daha da gərginləşə biləcəyindən narahat olduğunu deyib.

“Terror aktını qətiyyətlə təndiq edirik. Liviyada baş verən hadisələri yaxından izləməkdə davam edəcəyik. Ölkədə cərəyan edən zorakılıqların BMT xətti ilə həllinə tərəfdarıq” - deyə ABŞ rəsmisi Coş Ernest bildirib.

İordaniyanın xarici işlər naziri Nəssir Cudə İŞİD-ə qarşı mübarizə yollarını müzakirə etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına səfər edib. Həmkarı Con Kerri ilə görüşündən sonra çıxışında nazir İŞİD-ə qarşı müharibəni “3-cü dünya müharbəsi adlandırıb“.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR