Yunanıstan AB-yə qalib gəldi

Yunanıstan AB-yə qalib gəldi
09:37 21 Fevral 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni hökümət 4 aya vəziyyəti düzəltməlidir
Yunanıstana yardım proqramının müddəti 4 aylığına uzadılıb.

Anspress-in məlumatına görə, Avrozonanın maliyyə nazirləri şurası Yunanıstana yardım proqramının müddətini 4 aylığına uzatmağa razı olub. Yunanıstan bu müddət üçün 6 ay tələb edirdi.

Bu, Avropa Qrupu ilə Yunanıstan arasında danışıqların davamı və kompromisin əldə edilməsi üçün vaxtın azlığına görə edilib.

Rəsmi Afina əvvəlki hökumətlərin yardım proqramı müqabilində aparmağa söz verdiyi islahatlara da davam edəcəyini açıqlayıb.

Yunanıstanın yeni hökuməti onlara verilmiş borcun bir hissəsinin silinməsini, eləcə də yardım proqramı müqabilində tələb edilən kütləvi ixtisar və büdcə xərclərinin azaldılması siyasətinə son qoyulmasını istəyir.

Əgər danışıqlar nəticə verərsə, 4 aydan sonra Yunanıstana yardım proqramının vaxtı uzadılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR