Elnur Hüseynov məşhur şoumenə bu sözü başa sala bilmədi (VİDEO)

Elnur Hüseynov məşhur şoumenə bu sözü başa sala bilmədi (VİDEO)
09:41 21 Fevral 2015
92 Şou
Ölkə mətbuatı
A- A+

“O səs Türkiyə”də bu mövsümün qalibi seçilən azərbaycanlı ifaçı Elnur Hüseynov qardaş ölkədə televiziya proqramlarından birinə qatılıb.

ANS PRESS-in məlumatına görə, "O səs Türkiyə"də qələbəsindən sonra daha da çox populyarlaşan və sevilən gənc ifaçı Elnur Hüseynov bu gecə qonaq olduğu “Beyaz Show” proqramında canlı performansı ilə izləyicilərin qəlbini oxşayıb.

Məşhur teleaparıcı-şoumen Elnurun "Sometimes I Feel Like a Motherless Child" mahnısından sonra onun səsinə olan heyranlığını bildirib və səs tembri ilə bağlı bir az açıqlama verməsini istəyib.

Elnur Hüseynov isə dram tenor səs diapazonuna malik olduğunu diqqətə çatdırıb. Lakin Bəyaz "diapazon" sözünü başa düşməyib və verilişdə qonaqlar arasında qısa zarafatlaşma yaşanıb.

Qeyd edək ki, "O səs Türkiyə"dəki ilk ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəldi və ən nəhayət bu gecəki son buraxılışda mövsümün birincisi seçildi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR