Avropa qazsız qala bilər

Avropa qazsız qala bilər
09:51 21 Fevral 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynanın Donbas regionuna nəql olunan təbii qaza görə rəsmi Kiyevin ödəniş etməli olduğunu bildirib.

Nazir qeyd edib ki, Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərini qazla təmin etmədiyi üçün Rusiya alternativ marşrut ilə bu bölgəyə qaz çəkməyi nəzərdən keçirir.

“Müqavilə əsasında təbii qaz Ukraynalı müştərilər tərəfindən istehlak olunur. Bildiyiniz kimi biz əvvəlcədən ödəniş sisteminə keçmişik. Bu sistem kifayət qədər uğurlu işləyir. Lakin hazırkı ödəniş miqdarı təbii qazın uzunmüddət təmin olunmasına imkan vermir. Ödənilən məbləğ 3-4 günlük sərfiyyata kifayət edəcək. Qaz təminatının davam etdirilməsi üçün Ukrayna ödəniş etməlidir, yoxsa, biz çətin qərarlar qəbul etmək məcburiyyətində qalacağıq”.

Rusiya Ukraynaya qaz nəqlini dayandıracağı təqdirdə digər Avropa ölkələri də qazsız qalacaq.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR