Erməni kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb, Azərbaycanın bir əsgəri şəhid olub

09:52 21 Fevral 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 09:48 ]

“Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib”

Bakı – APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində yenidən təxribata əl atıb.

 

APA-nın xəbərində görə, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, fevralın 21-nə keçən gecə düşmən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

 

Düşmənlə döyüşdə Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.

 

Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat törətməklə öz əməllərini Silahlı Qüvvələrimizin üstünə atmağa cəhd göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq”, - deyə məlumatda bildirilir.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR