Atəşkəs 32 dəfə pozulub

Atəşkəs 32 dəfə pozulub
10:04 21 Fevral 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
 

 

Lent.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 


Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad, Cəvahirli, Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. 

 


Düşmən cavab atəşi ilə susdurulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR