Cəbhədən ən son xəbər

Cəbhədən ən son xəbər
10:16 21 Fevral 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad, Cəvahirli, Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=327372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR