“Ericsson” “Əşyaların interneti” sahəsində patentlərin sayına görə liderdir

“Ericsson” “Əşyaların interneti” sahəsində patentlərin sayına görə liderdir
10:41 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Koreya Texnoloji Elektronika İnstitutu (Korea Electronics Technology Institute) “Əşyaların interneti” (Internet of Things, IoT) texnologiyaları üzrə əldə olunan patentlərin sayına görə lider olan şirkətlərin adını açıqlayıb.  
 
Beləliklə, siyahıda birinci yeri  “Ericsson” şirkəti tutub. 2014-cü ildə İsveçin telekommunikasiya avadanlığı istehsalçısı dünya üzrə “IoT” sahəsində 206 patent qeydiyyatdan keçirib. Liderlər üçlüyünə həmçinin ABŞ-ın "Intel” (198 patent) və “Qualcomm” (143) çip istehsalçıları daxildir.
 
Dördüncü yerdə 2014-cü ildə patent orqanlarının “Əşyaların interneti”nə aid 139 patent verdiyi "LG Electronics” şirkəti qərarlaşıb. 2013-cü ildə bu göstərici 129, bir il əvvəl 68, 2011-ci ildə 48 olub.
 
“Internet of Things” sahəsində əqli mülkiyyətin qeydiyyatında daha fəallıq göstərən şirkətlər iyirmiliyinə ABŞ-ın səkkiz şirkəti (o cümlədən Microsoft, IBM və Xerox), eləcə də Cənubi Koreya (KT, Samsung, LG və Electronics and Telecommunications Research Institute), Çin (ZTE, Huawei və China Academy of Telecom Tech) və Yaponiya (Sony və NEC) təmsilçiləri yer alıb, - “DailyComm” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35455-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR