Qubad İbadoğlunun təşkilatının təsis konfransı keçirilir

Qubad İbadoğlunun təşkilatının təsis konfransı keçirilir
10:44 21 Fevral 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilir.


 

APA-nın məlumatına görə, tədbir Azərbaycan dövlət himninin oxunması və şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

ADR Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib.

 

Konfransda Təşkilat Komitəsi adından Ellada Məmmədli təsis konfransına qədər görülmüş işlər barədə, Təşkilat Komitəsi sədrinin müavini Vurğun Əyyub Hərəkatın Nizamnaməsi və 2015-ci il üçün Fəaliyyət Proqramı barədə məlumat verəcək, Hərəkatın sədri, Nəzarət-Təftiş Komissiyası, İdarə Heyəti və Ali Məclisə üzvlər seçiləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR