Qazımız üstündə böyük rəqabət

Qazımız üstündə böyük rəqabət
10:46 21 Fevral 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Birgə istismara verəcəyimiz qaz kəmərində Azərbaycan qazının nəql olunması barədə müqavilə imzalanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Bolqarıstan prezidenti Rosen Plevneliyev Rumıniya prezidenti Klaux Yoxansonla danışıqların nəticələri barədə keçirilən mətbuat konfransında deyib.

“Biz Aralıq dənizi və Baltik limanları arasında əlaqə yaratmaq istəyirik. Həmin işi biz enerji və qaz infrastrukturları ilə də etmək istəyirik. Artıq Azərbaycan qazının nəqli barədə müqavilə bağlanıb. Bolqarıstan və Yunanıstan arasında müştərək qaz kəməri 2017-ci ilin sonuna kimi hazır olacaq. Onun (kəmərin) istismarının isə 2018-ci ildə həyata keçirilməsi gözlənilir”- deyə “Bolqarıstan radiosu” Plevneliyevin sözlərini verir.

Bolqar prezidentin sözlərinə görə kəmər elə quraşdırılacaq ki, Rumıniya Azərbaycan qazını əldə edə bilsin, Bolqarıstan isə öz növbəsində Rumıniyadan qaz ala bilsin. Bildirilib ki, qaz kəməri Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

Danışıqlarda qeyd olunub ki, Sofiya və Buxarest “vahid regional bazar yaradılmasını” strateji əhəmiyyətli məqsəd hesab edir. “Cənub-Şərqi Avropa təbii qazın regional bazarına ehtiyac duyur. Bu enerji bazarının liberallaşmasına və region ölkələrin qazın nəqli üzərində rəqabətə uyğun qiymətlər müəyyənləşməsinə gətirib çıxaracaq”, - deyə Plevneliyev bildirib. Onun sözlərinə görə hər iki ölkənin “enerji mənbəyinin diversifikasiyası və təbii qazın çatdırılmasında təhlükəsizliyin inkişaf etməsi üçün konkret nailiyyətlər əldə etmək yönündə ambisiyaları var”.

Qeyd edək ki, Bolqarıstan, Yunanıstan və Rumıniya qazpaylayıcı şəbəkələri arasında “Vertikal dəhliz” tikintisi barədə qərar Avropa Komissiyasının “Cənub axını” qaz kəməri tikintisinə maliyyə ödənişindən imtina etməsi və layihənin bağlanmasından sonra verilib.

Bu barədə razılaşma 3 ölkə arasında keçən ilin 9 dekabr tarixində Brüseldə imzalanıb. “Vertikal dəhliz”in perspektivini “Cənub qaz dəhlizi” olan Cənubi qafqaz qaz kəməri (Bakı-Tiflis-Ərzurum) layihəsinin genişlənməsinə və Transatlantik və Transadriatik qaz kəmərlərinin tikintisinə yönəlib. Yəni Bakı-Tiflis-Ərzurum qaz kəmərinin genişləndirən “Şaquli qaz dəhlizi” daha da inkişaf edərəkTransatlantik və Transadriatik qaz kəmərlərinin tikintisinə yol açacaq ki, bu bütün Avropa boyu Azərbaycan qazının paylanması, bazarın genişlənməsi deməkdir.

Macarıstan nümayəndələrinin də çağrıldığı “Vertikal dəhliz” üzrə 3 ölkə arasında ilk görüş martın axrına nəzərdə tutulub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR