"Sumqayıt" millinin keçmiş üzvləri ilə yolları ayırdı

"Sumqayıt" millinin keçmiş üzvləri ilə yolları ayırdı
15:42 2 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında qış fasiləsinə 8-ci pillədə yollanan “Sumqayıt”da heyətlə bağlı “təmizləmə” işləri davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi daha 2 futbolçu ilə yolları ayırıb.

Söhbət milli komandanın keçmiş üzvləri Ramazan AbbasovFərid Quliyevdən gedir. Baş məşqçi Aqil Məmmədov əsas heyətə nadir hallarda düşən bu futbolçuların getməsini istəyib. Nəticədə hər iki oyunçu ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

“Sumqayıt” qış fasiləsində həmçinin Tagim Novruzov, Ceyhun Cavadov Tərlan Əhmədli ilə yolları ayırıb. “Qara siyahı”ya düşən daha bir futbolçu Kiyan Sultanpurun isə klubdakı taleyi hələ müəyyənləşməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR