Nazir Ağsuda vətəndaşlarla görüşüb

Nazir Ağsuda vətəndaşlarla görüşüb
10:51 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevralın 20-də Ağsu şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də cəlb olunduğu qəbulda Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Müraciətlərin operativ araşdırılması və həlli məqsədilə qəbulun keçirildiyi Ağsu Telekommunikasiya Qovşağında digər rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videobağlantı yaradılıb.

Qəbul zaman vətəndaşların əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayım xidmətlərinin keyfiyyəti, bu sahədə onları maraqlandıran məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Araşdırılmaya ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb. Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə müsahibə verib.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35457-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR