Jurnalistlər və şagirdlər Tərtərdəki hərbi hissədə olublar

Jurnalistlər və şagirdlər Tərtərdəki hərbi hissədə olublar
10:54 21 Fevral 2015
211 Sosial
Ölkə mətbuatı
A- A+

 

Təhsil və Müdafiə nazirliklərinin cəbhə bölgəsinə təşkil etdiyi mediatur başa çatıb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə şagirdlərin əsgərlərlə görüşü keçirilib. Media nümayəndələri və 100-ə yaxın tərtərli şagird əsgərlərin döyüş hazırlığı səviyyəsini nümayiş etdirən çıxışları izləyiblər. Döyüş texnikası və hərbi avadanlıqlara baxış keçirilib.

 

Burada xidmət edən kəşfiyyatçı əsgərlər öz nümunəvi çıxışlarını nümayiş etdiriblər. Daha sonra şagirdlərə ölkəmizdə silahlanmaya daxil olan yeni silahlarla barədə məlumat verilib və əsgər yataqxanası ilə tanışlıq olub. Nazirlik və media nümayəndələri əsgərlərlə birlikdə nahar ediblər. 

 

Səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.

 

Qeyd edək ki, mediatur iştirakçıları fevralın 19-da Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə və Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə olublar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR