ABŞ-da anomal şaxtalar nəticəsində 23 nəfər ölüb

10:57 21 Fevral 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 10:52 ]

Bakı – APA. Bu həftə ABŞ-ın şərq rayonlarında qeydə alınan güclü şaxtalar nəticəsində ən az 23 nəfər ölüb.

APA-nın məlumatına görə, təkcə Tennessi ştatında 18 nəfər anomal hava şəraitinin qurbanı olub. Ölüm halları daha çox yol-nəqliyyat hadisələrində qeydə alınıb, digər şəxslər isə donaraq ölüb.

 

Daha bir neçə nəfər Noks dairəsində yaşayış evində baş vermiş yanğında həyatla vidalaşıb.

 

Bununla yanaşı, ştatın 2700-dən çox sakini mürəkkəb hava şəraiti ucbatından elektrik enerjisiz qalıb.

 

Bəzi ştatlarda havanın temperaturunun -40 dərəcəyədək düşəcəyi gözlənilir.

 

Fevralın 17-də məlumat verilmişdi ki, ABŞ aviaşirkətləri anomal qar yağışı səbəbindən 2,6 min reysi təxirə salmalı olub.

 

Daha pis hava şəraiti Şimali Karolina, Tennessi və Nyu-York ştatları, həmçinin Vaşinqton ətrafında yerləşən paytaxt regionu aeroportlarının işinə təsir edib.

 

Güclü qar və aşağı temperatur ABŞ-ın Atlantik və Orta Qərb regionunun əksər ştatlarında qeydə alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR