Düşmənin kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb

Düşmənin kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb
11:03 21 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 21 fevral, AzərTAc
ATƏT-in Minsk qrupunun həmsədrləri regionu tərk edən kimi Erməni tərəfi qoşunların təmas xəttində növbəti dəfə təxribata əl atıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, fevralın 21-nə keçən gecə düşmən Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.
Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat törətməklə öz əməllərini Silahlı Qüvvələrimizin üstünə atmağa cəhd göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dusmenin_kesfiyyat_texribat_qrupunun_basqin_cehdinin_qarsisi_alinib-833879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR