Bakı, 21 fevral, AzərTAc
Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AFFA-dan AzərTAc-a bildiriblər ki, yığmamız “Eerikkila Sports Institute” stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Elnur Süleymanov və İlkin Sadıqov vurublar.