Bakıda daha bir qadın mənzilində ölü tapıldı

Bakıda daha bir qadın mənzilində ölü tapıldı
15:49 2 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir qadın mənzilində ölü tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Ağamalıyeva Elmira Nağı qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Ağamalıyevanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR