Sərnişinlər daha çox hansı nəqliyyat vasitəsindən istifadə edir?

Sərnişinlər daha çox hansı nəqliyyat vasitəsindən istifadə edir?
11:14 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvarında avtomobil nəqliyyatı ilə 9,1 milyon ton yük, 119,0 milyon sərnişin daşınıb. Lent.az-ın məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 faiz və 3,8 faiz artım deməkdir.

 

Sərnişinlərin 96,6 faizi avtobus, 3,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,7 faiz, sərnişin dövriyyəsi isə 3,9 faiz artıb.

 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,6 faiz artaraq 18,3 milyon nəfər olub. Hava nəqliyyatı ilə 128,7 min və ya 3,0 faiz çox sərnişin daşınıb. Daşınmanın 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 16,4 faiz artaraq 7,8 min tona çatıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR