Gömrük rüsumu və vergilərin POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsi genişləndirilir

Gömrük rüsumu və vergilərin POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsi genişləndirilir
11:16 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Gömrük rüsumu və vergilərin bank, POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsinə diqqət artırılıb.
 
Bu barədə məlumat verən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən bildirilib ki,  gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə 2014-cü il üçün müəyyən olunmuş 6 milyon manata qarşı 10 milyon manat vəsait toplanaraq, proqnoz-tapşırığa 167 faiz əməl edilib.
 
Toplanmış vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 13,6%-ni təşkil edib:
 
“Bundan başqa, Culfa və Şahtaxtı sərhəd keçid məntəqələrindən sonra 2014-cü ildə Sədərək sərhəd keçid məntəqəsində də “X-Ray” tipli rentgen-nəzarət qurğusunun istifadəyə verilməsilə regiona bütün istiqamətlərdən gələn yüklərə gömrük nəzarəti daha da gücləndirilib, bununla da risk əmsalı minimuma endirilib.  2014-cü ildə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilib, elektron xidmətlərin keyfiyyəti artırılıb. Gömrük sərhəd buraxılış məntəqələrindən keçən xarici avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortalanması işinin sürətləndirilməsi və sığortanın müddətinə operativ nəzarət olunması, o cümlədən müvəqqəti saxlanc anbarları və gömrük anbarlarında yerləşdirilmiş malların uçotunun aparılması və hesabatların elektron formada əldə olunması üçün müvafiq proqram təminatları hazırlanaraq istifadəyə verilib”.
 
 İl ərzində milli əxlaqi keyfiyyətlərimizə mənfi təsir göstərən 253 ədəd elektron məlumat daşıyıcısı  və dini dəyərlərimizlə uzlaşmayan 649 ədəd dini kitab və broşür, 47 ədəd elektron məlumat daşıyıcısının xaricdən muxtar respublikaya gətirilməsinin də qarşısı alınıb.
 
 
Həqiqət İSABAIAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35462-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR