Müsəlman milyarderin ukraynalı xanımı: "Bəxtəvərik" - VİDEO - FOTO

Müsəlman milyarderin ukraynalı xanımı: "Bəxtəvərik" - VİDEO - FOTO
11:17 21 Fevral 2015
330 Dünya
Ölkə mətbuatı
A- A+

"Xanımım, iki övladamın anası Kamaliya barədə yazan kimi məndən də bəhs etməyə başlayırlar. Halbuki, buna heç bir ehtiyac yoxdur. Kamaliya yaradıcı insandır və onun yaradıcılığından bəhs etmək daha yaxşı olardı".
 
Ukraynanın ən zəngin iş adamlarından biri, poladəritmə maqnatları arasında yer alan 56 yaşlı milyarder Məhəmməd Zahur belə deyir.
19 yaşından bəri Ukraynada yaşayan Məhəmməd pakistanlıdır.
 
Və o, Kamaliyanın əridir.
Milli.Az Dep Shpiegel-ə istinadən bildirir ki, Kamaliya Zahur əsl ad və soyadı Natalya Viktorovna Şmarenkova olan 37 yaşlı müğənni, aktrisa, model, teleaparıcı və prodüserdir.
 
2004-cü ildə Ukraynanı əməkdar artisti adını almış K.Zahur 2008-ci ildə "Miss World" gözəllik müsabiqəsində qalib gəlib. 2003-cü ildə o, pakistanlı iş adamı Məhəmməd Zahurla ailə qurmuşdu.
 
56 yaşlı Məhəmməd Zahurun Ukraynada 5 poladəritmə zavodu vardı. O, 2008-ci ildə həmin zavodları 1 milyard dollara satıb və yenidən metallurgiya biznesinə başlayıb.
 
Kiyevdəki liberal "Kyiv Post" qəzeti, iki otel, çoxsaylı ofis binaları Zahura məxsusdur.
 
Onun dediyinə görə, arvadının yaradıcılığan indiyədək 10 milyon dollar sərmayə yatırıb.
Kamaliya isə şəxsi həyatından və yaradıcılığından razıdır: "Hər şey əladır. Həyatım gözəldir. Təbii ki, hər ailədə olduğu kimi, bizdə də problemlər var. Fəqət, onlar ciddi çətinliklər deyil".
 
Milli.Az 





Videonu izləmək üçün şəkilə klikləyin.

фото
































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR