Ötən il Azərbaycanın aqrar sektorda çalışan 216 sahibkara 10 milyon 29 min manat məbləğində güzəştli kreditlər verilib

Ötən il Azərbaycanın aqrar sektorda çalışan 216 sahibkara 10 milyon 29 min manat məbləğində güzəştli kreditlər verilib
11:23 21 Fevral 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc 
Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən ölkənin 38 rayonunda aqrar sektorda çalışan 216 sahibkara 10 milyon 29 min manat məbləğində (4464 min manatı dövlət büdcəsindən ayrılmış vəsait hesabına və 5565 min manat əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına) güzəştli kreditlər verilib.
Bunu AzərTAc-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, güzəştli kreditlərin verilməsi nəticəsində 267 daimi və müvəqqəti iş yeri açılıb. Hazırda kreditləşmə davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Azerbaycanin_aqrar_sektorda_chalisan_216_sahibkara_10_milyon_29_min_manat_mebleginde_guzestli_kreditler_verilib-833886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR