Şəkinin maskalı caniləri tapıldı

Şəkinin maskalı caniləri tapıldı
15:56 2 Yanvar 2015
149 Sosial
Ölkə mətbuatı
A- A+

Vəfat etmiş oğlunun 40 mərasinə hazırlaşan 74 yaşlı qadına bıçaqlayan maskalı şəxslər tapılıblar.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən ilin may ayının 26-da Şəki şəhərində yaşayan Gülxar Ərəbovaya xəsarətlər yetirmiş maskalıların kimliyi müəyyən edilib.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Pərviz Kənani və Ümid Mirzəyev saxlanılıblar.

Hadisə səhər 06:00 radələrində Şəkidə 20 Yanvar küçəsi ilə Təranə Vahabova küçəsinin kəsişməsində yerləşən 2 nömrəli mənzildə qeydə alınıb. Cari il mayın 26-da Şəki şəhərində yaşayan Gülxar Ərəbovanın evinə girmiş şəxsiyyəti məlum olmayan 2 maskalı şəxs ona qol və boyun nahiyələrindən bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdilər.

Şəhər sakini Ərəbova Gülxar Şaban qızı səhər saatlarında qapını açıb evdən çıxmaq istəyərkən iki nəfər maskalı şəxs qəfildən ona hücum edib. Bu zaman həmin şəxslərdən biri ona yumruqla zərbələr endirib və bıçaq xəsarətləri yetirib. Xəsarət alan şəxs dərhal xəstaxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata əsasən, qadın bədəninin sol bazu oynağı, boynun sol hissəsi, sol qaş nahiyəsi və başın ənsə nahiyəsinin kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub.

Gülxar Ərəbova hücuma məruz qaldığı gün oğlunun 40 mərasimi olacaqdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR