Magistraturaya qəbul imtahanları keçiriləcək binalar yoxlanılır

Magistraturaya qəbul imtahanları keçiriləcək binalar yoxlanılır
11:29 21 Fevral 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə işçi qrupu, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşları sabah magistraturaya imtahan keçiriləcək binalara baxış keçirir”. Bunu Lent.az-a açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu proses bu gün ərzində həyata keçiriləcək:  “Binaların imtahana hazırlıq vəziyyəti müəyyənləşdiriləcək. Həmin binalar möhürlənərək mühafizəyə alınacaq” -deyə, E. Nağızadə bildirib.

TQDK nümayəndəsi onu da qeyd edib ki, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılacaq. “İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlayacaq”.

 

Qeyd edək ki, sabah ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçiriləcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR