Zaqatalada məktəbli intihara cəhd edib

16:02 2 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 15:57 ]

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 11-ci sinif  şagirdi intihara cəhd edib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən  məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Nigar Murtuzəli qızı Ömərova yanvar ayının 1-i axşam saat 20:30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 11-ci sinif şagirdi olan N. Ömərova valideynləri ilə mübahisə etdikdən sonra evdə olan müxtəlif dərmanlar qəbul etdikdən sonra zəhərlənib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nigar Ömərovaya lazımi tibbi yardım göstərilib və hazırda onun vəziyəti orta-stabil qiymətləndirilir.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR