x
Loading...

Mərkəzi Bankın İdarə Heyəti 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.05 AZN səviyyəsində müəyyən edib

Mərkəzi Bankın İdarə Heyəti 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.05 AZN səviyyəsində müəyyən edib
11:38 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 21 fevral, AzərTAc
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilmişdir.
Mərkəzi Bankdan AzərTAc-a verilən məlumata görə, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilmişdir.
Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.
Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkezi_Bankin_Idare_Heyeti_1_ABS_dollarinin_resmi_mezennesini_105_AZN_seviyyesinde_mueyyen_edib-833893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR