Bakıda heyrət doğuran əməliyyat

Bakıda heyrət doğuran əməliyyat
11:41 21 Fevral 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

Respublika Neyrocərrahiyyə Xəstəxanasında iki gün əvvəl aparılan əməliyyat ictimaiyyətin diqqətini çəkib: 7 yaşlı qız uşağının başından böyük ölçülü exinokok kistası çıxarılıb.

ANS PRESS-in məlumatına görə, həmin əməliyyatı xəstəxananın neyrotravma şöbəsinin həkimi Bəhmən Yadigarov aparıb.

O, Azadlıq Radiosuna şişin mənşəyi, insanda necə yaranması, eləcə də belə mürəkkəb əməliyyatların aparılması təcrübəsi barədə müsahibəsində deyib ki, əməliyyat zamanı çox təəccübləndik: “7 yaşlı qız uşağında bu ölçüdə şişə rast gəlinməsi bizi heyrətə gətirdi. 50 yaşlı adamda iri ölçüdə şiş olması təbiidir, amma uşaqda yox.”

Onun sözlərinə görə, Azərbaycanda bundan da çətin neyrocərrahiyyə əməliyyatları aparılır. Ümumiyyətlə, exinokok xəstəliyi Azərbaycanda geniş yayılıb. Xüsusilə, heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul olan adamlar arasında rast gəlinir. Ancaq bəlkə də dünyada ilk dəfə bu yaşda uşaqda bu ölçüdə şişə rast gəlirik.

O bildirib ki, uşaq vaxtından ev heyvanları ilə əlaqədə olmaq, şəxsi gigiyenaya əməl etməmək, yuyulmamış göyərti yemək bu xəstəliyi yaradır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR