ABŞ Donetskə qoşun yeridir

ABŞ Donetskə qoşun yeridir
11:46 21 Fevral 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Cozef Bayden ilə telefon söhbətində Donetskdəki vəziyyəti müzakirə ediblər.

ANS PRESS-in xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Məlumat verilib ki, P.Poroşenko və C.Bayden separatçı qoşun dəstələrini ittiham edib, atəşin dayandırılmasının vacibliyini bildiriblər. Onlar həmçinin ABŞ-ın, Avropa İttifaqının və Ukraynanın sonrakı hərəkətlərinin uyğunlaşdırılmasına ehtiyac duyulduğunu söyləyiblər.

P.Poroşenko təkid edib ki, əgər vəziyyət yaxşılaşmayacaqsa, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyaları işə salmalıdır və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tədbir görməlidir."

Tərəflər Donetsk ərazisinə sülhməramlı qoşunların yerləşdirilməsinin koordinasiya məsələlərini müzakirə edib, Minsk razılaşmasına uyğun olaraq bütün hərbi əsirlərin azadlığa buraxılmasının vacibliyini diqqətə çatdırıblar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=327378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR